İspaniya

Görün “Barsa” haradan futbolçu transfer edir

“Lester”in yarımmüdafiəçisi Vilfred Ndidi karyerasını “Barselona”da davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə “M Sport.es” məlumat yayıb.

Qeyd olunur ki, Kataloniya klubu nigeriyalını azad agentə çevriləcəyi 2024-cü ilin yayında transfer etmək niyyətindədir.

“Lester” bu mövsüm İngiltərənin ikinci ən böyük divizionu olan Çempionşipdə oynayır. “Tülkülər” 15 matçda 39 xal toplayaraq birinci yerdədirlər.

Aut.az