İngiltərəİspaniya

“Yunayted” ona görə 150 milyon verir: “Siti” satmışdı

“Mançester Yunayted” yayda 25 yaşlı hücumçu Xulian Alvaresin transferi üçün “Atletiko Madrid”ə 150 ​​milyon avro təklif etməyə hazırdır.

Aut.az xəbər verir ki, bu barədə “OK Diario” məlumat yayıb.

Mənbənin sözlərinə görə, digər Avropa nəhəngləri kimi “qırmızı şeytanlar” da argentinalı futbolçunun cari mövsümdəki çıxışına heyran qalıb. Bununla belə, Alvares “Atletiko”da xoşbəxtdir və Dieqo Simeonenin komandasını tərk etmək istəmir.

Hücumçu keçən yay “Mançester Siti”dən “hindular”a keçib. Alvares bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Aut.az