İspaniya

“Barsa” “el klasiko”da bu forma ilə oynayacaq – FOTO

“Barselona”nın formasında Britaniyanın “Rolling Stones” rok qrupunun loqosu əks olunacaq.

Aut.az xəbər verir ki, bu barədə RAC1 məlumat yayıb.

Kataloniyalılar La Liqanın 11-ci turunun “Real”la oyununda bu loqonun olduğu forma geyinəcək. Oyun oktyabrın 29-da Barselonada keçiriləcək.

“Spotify” axın platforması ilə əməkdaşlıq çərçivəsində gerçəkləşən bu layihə rok qrupunun 18 ildən sonra ilk albomunun şərəfinədir.

Əvvəllər “El klasiko”da kataloniyalıların formasında kanadalı reper Dreykin geyim brendinin və kataloniyalı müğənni Motomaminin loqosu olub.

“Barsa” “el klasiko”da bu forma ilə oynayacaq - FOTO

Aut.az