Dünya futbolu

Cəlal Hüseynov oynadı?

Bolqarıstan çempionatında 25-ci turun oyunları keçirilib.

Aut.az xəbər verir ki, Cəlal Hüseynovun formasını geyindiyi “Arda” “Hebar”la üz-üzə gəlib.

Millimizin üzvünün komandası rəqibinə 0:1 uduzub.

Meydana start heyətində çıxan Cəlal 90 dəqiqə oynayıb. 83-cü dəqiqədə Hüseynov sarı vərəqə ilə cəzalandırılıb. “Arda” hazırda 35 xalla 7-ci pillədə qərarlaşıb.