Ulduz futbolçu Ərəbistanda xoşbəxt deyil: Bu kluba keçmək istəyir
Yayda “Liverpul”dan “Əl-Hilal”a 66 milyon funt qarşılığında keçən hücumçu Darvin Nunyes artıq klubdan ayrılmaq istəyir.
Aut.az xəbər verir ki, Argentina nəhəngi “River Pleyt” isə gələn il onun transfer etmək üçün vəsait ayırmağa hazırlaşır.
Uruqvaylı hücumçu 6 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə verib, lakin buna baxmayaraq özünü hələ də tam rahat hiss etmir. “Əl-Hilal” hazırda Kriştiano Ronaldonun oynadığı “Əl-Nəsr”dən cəmi dörd xal geri qalaraq ikincidir.
“River Pleyt”in baş məşqçisi Marcelo Qalyardo 26 yaşlı hücumçunun xidmətində maraqlıdır və xəbərlərə görə, onunla əlaqə də yaradıb. “Ole” nəşrinin məlumatına görə, Nunyes fikrində qətidir.
Aut.az
