Dünya futbolu

Etoya  qarşı ittiham: sonuncu pillədə olan klubu…

Samuel Eto danışılmış oyunların təşkilində ittiham oluna bilər.

Çərşənbə axşamı, iyulun 18-də Kamerun Futbol Federasiyasının prezidenti Eto ilə “Viktoriya Yunayted” klubunun prezidenti arasında telefon danışığının yazısı dərc olunub.

Bu ilin yanvarında baş tutduğu güman edilən söhbətdə Eto’O klubun Kamerunun yüksək liqasına yüksəlmək məqsədindən bəhs edir. Qeyd edək ki, “Viktoriya Yunayted” həmin vaxt 2-ci divizionda turnir cədvəlinin sonuncu pilləsində olub.

“Opopo” (“Viktoriya Yunayted”in ləqəbi) birinci diviziona yüksəlməlidir. Bu, bizim məqsədimizdir. Bu bizim federasiyamızdır. Biz dörd nəfərik: özümüz və başqa daha 2 nəfər. “Viktoriya Yunayted” yüksələcək”, –  Eto deyib. Mövsümün sonunda turnir cədvəlində 2-ci yeri tutan “Stad de Bertua”  federasiya tərəfindən diskvalifikasiya olunur, onun yerinə isə “Viktoriya Yunayted” yüksək liqaya gəlir.

Eto isə öz növbəsində danışılmış oyunlarda iştirakını inkar edir.

“Söhbət zamanı futbola pulunu yatıran və bəziləri öz üzərinə düşən işi görmədiyi üçün bu sahədən getmək istəyən “Opopo” prezidentini müdafiə etmişəm. Hakimlər Assosiasiyasının prezidentinə zəng edib dedim: “Ehtiyatlı ol! Bu adam futbola pul qoyur, ona görə də hakimlərin, komandasının çempionatın ən yaxşılarından biri olmasını istəyən birini öldürməsinə icazə verə bilməzsən”, – “Barselona”nın keçmiş hücumçusu deyib.

Aut.az