Mən Yamal adlı ispan tanımıram – Lekcaa Laminin əsli haqda
Mərakeş Kral Futbol Federasiyasının (FRMF) prezidenti Fauzi Lekcaa İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamalın Afrika əsilli haqda danışıb.
Futbolçu ata tərəfindən Mərakeş əsillidir və bu ölkənin də yığmasında oynaya bilərdi.
Aut.az xəbər verir ki, “Onze Mondial” Lekcaanın sözlərini sitat gətirib:
“Biz Yamalın seçiminə hörmətlə yanaşdıq və heç vaxt şübhə altına almadıq. Camala və ya ailəsinə münasibətimiz heç vaxt dəyişməyib. Bildiyim qədərilə, onlar tez-tez tətilə gəlirlər, xüsusən də tarixi vətənləri olan Mərakeşin şimal əyalətlərinə. Onları burada həmişə qarşılayacaqlar.
Lamin Yamal. Mən şəxsən Yamal adlı heç bir ispan tanımıram”.
İspaniya və Mərakeş 2026-cı il Dünya Kubokunun 1/4 finalına vəsiqə qazanıblar. Növbəti mərhələdə Mərakeş Fransa, İspaniya isə Belçika ilə qarşılaşacaq.
Aut.az
