İngiltərəDünya futbolu

“Tottenhem” də Misirin ulduzunu “qaraladı”

“Mançester Siti” və Misir millisinin hücumçusu Ömər Marmuş “Tottenhem”in maraq dairəsinə düşüb.

Aut.az xəbər verir ki, “Caught Offside” saytının məlumatına görə, London klubu onu hücum xəttini gücləndirmək umun əsas hədəf kimi nəzərdən keçirir.

“Mançester Siti” Marmoşun transfer dəyərini təxminən 60 milyon avro qiymətləndirir. “Tottenhem”dən əlavə, Turinin “Yuventus”, İstanbulun “Qalatasaray” və bir neçə Bundesliqa klubu da misirli hücumçu ilə maraqlanır.

Ötən mövsüm Omar Marmouş bütün yarışlarda 36 oyun keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.

Aut.az