Ruslara şad xəbər: Əfqanıstan razıdır
Əfqanıstan millisi Rusiya ilə yoldaşlıq oyunu variantını nəzərdən keçirməyə hazırdır.
Aut.az xəbər verir ki, bunu Əfqanıstan Futbol Federasiyasının prezidenti Məhəmməd Yusif Karqar deyib.
“Gələn il böyüklərdən ibarət milli komandalarımız, gənclər və qadınlardan ibarət yığmalarımız və futzal yığmamız arasında yoldaşlıq oyunu təşkil edə bilərik. Əfqanıstan və Rusiyanın böyüklərdən ibarət milli komandaları arasında oyun Rusiyanın hansısa şəhərində keçirilə bilər. Biz iştirak etməyə hazırıq, lakin hər şey təklifdən asılı olacaq. Hazırda gələn il yoldaşlıq oyunu planlaşdırmırıq. Rusiya tərəfdən təklif gözləyəcəyik”, – Karqar bildirib.
Əfqanıstan millisi FİFA reytinqində Esvatini və Myanmadan sonra 161-ci yerdə qərarlaşıb.
Aut.az
