Dünya futbolu

“Feyenoord” sanksiyalardan qorxdu: Ramizi Moskva klubuna vermədi

Niderlandın “Feyenoord” klubu yarımmüdafiəçisi Ramiz Zerroukini Moskvanın ÇSKA klubuna verməkdən imtina edib.

Aut.az xəbər verir ki, bu barədə  jurnalist İvan Karpov məlumat yayıb.

Mənbənin məlumatına görə, ordu komandası 27 yaşlı yarımmüdafiəçinin icarəyə verilməsinə razılıq alıb. Lakin “Feyenoord”un maliyyə direktoru daha sonra ABŞ və AB tərəfindən CSKA-ya tətbiq edilən şəxsi sanksiyalardan xəbər tutub və Zerrouki üçün sövdələşməni əngəlləyib.

Nəticədə Ramiz Zerrouki “Feyenoord”dan icarə əsasında “Tvente”yə keçib.

“Transfermarkt” portalı futbolçuya 5 milyon avro qiymət qoyub.

Aut.az