Dünya futbolu

Qapıçı mavi vərəqə alarsa…

Xəbər verdiyimiz kimi, futbolda mavi vərəqənin göstərilməsi planlaşdırılır.

Mavi vərəqə alan futbolçu meydanı 10 dəqiqə tərk etməli olacaq. Bəs qapıçı mavi vərəqə alarsa, necə olacaq.

Aut.az “The Telegraph”a istinadən bildirir ki, komandanın qapıçısı mavi vərəqə alarsa, o, seçim etməli olacaq: 10 dəqiqə meydança oyunçusunu qapıya qoymaq və ya tam hüquqlu qapıçı dəyişikliyi etmək.

Əgər komanda artıq əvəzetmələrdən istifadə edibsə, sahə oyunçusu qapıda durmalı olacaq.

FİFA və UEFA ilk olaraq qadın və gənclər futbolunda mavi kartı sınaqdan keçirəcək.

Aut.az