Yerə yıxılanı təpikləyib
PSJ-in hücumçusu Kilian Mbappe Fransa çempionatının 27-ci turunda “Brest”lə keçirilən oyunda (2:1) insidentə səbəb olub.
Aut.az xəbər verir ki, Kilian “Brest”in yarımmüdafiəçisi Haris Belkeblanı təpiklə vurub. Matçın 86-cı dəqiqəsində top uğrunda mübarizə nəticəsində Belkebla yıxılıb və Mbappenin ayağından yapışıb.
PSJ-nin hücumçusu cavab olaraq rəqibini digər ayağı ilə vurub. Hakim hər iki futbolçuya sarı vərəqə göstərib.
Belkeblanın komanda yoldaşı Pierre Lys-Melou hesab edir ki, Mbappenin cəzası daha sərt olmalı idi.
“Biz bunun arxasında gizlənməyəcəyik, amma bilmək istərdim ki, başqa bir oyunçu eyni şeyi etsəydi, belə cəzalanardı? Hakim zərbənin kifayət qədər güclü olmadığını söylədi”, – Canal + Lisa-Meludan sitat gətirib.
Aut.az
