Yəqin ki, arvadı ona qaradərili oğlanla xəyanət edib: Melodan sərt reaksiya
“Palmeyras”, “Yuventus”, “Qalatasaray” və “İnter”in keçmiş yarımmüdafiəçisi Felipe Melo Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” – “Real” oyununda (0:1) baş verən irqçi insidentə münasibət bildirib.
Aut.az xəbər verir ki, Melo “Real Madrid”in oyunçusu Vinisius Junioru dəstəkləyib.
Vinisius iddia edib ki, “Benfika”nın oyunçusu Canluka Prestianni ona “meymun” deyib.
“Madrid Universal” Melonun sözlərini sitat gətirib:
“İrqçiləri yandırın! Əgər onları dəstəkləyirsinizsə, özünüzü də yandırın! Prestianninin arvadı, yəqin ki, ona qaradərili bir oğlanla xəyanət edib”.
Aut.az
