Dünya futbolu

İşsiz qaldı

“Neftçi”nin sabiq futbolçusu Keysuke Honda Kamboca millisindəki işini tərk edib.

Aut.az xəbər verir ki, yaponiyalı keçmiş oyunçu baş məşqçi postundan ayrılıb.  O, bu barədə şəxsi tvitter hesabında paylaşım edib.

Honda 2021-ci ilin martından iyuluna qədər “Neftçi”də çıxış edib. O, “ağ-qaralar”la Premyer Liqada çempionluq yaşayıb.