“Qızıl buts” uğrunda mübarizə – Lider kimdir?
Avropa ölkələrində çempionatlar davam edir və mövsümün bombardirləri siyahısında dəyişiklik olub.
Aut.az xəbər verir ki, “ESM Golden Shoe” reytinqinin lideri 31 qol vuran (62 reytinq xalı) “Bavariya”nın ingilis qolçusu Harri Keyndir.
PSJ-nin lideri Kilian Mbappe (24 qol, 48 xal) ikinci pillədə qərarlaşıb. O, “Ştutqart”dan Sera Quirassı və “İnter”dən Lautaro Martinesi (23 qol, 46 xal) qabaqlayır.
“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland (keçən mövsümün “Qızıl buts”un qalibi) 18 qol vurub (36 xal) və 7-9-cu yerləri bölüşür.
Aut.az
