Tarixi qərar verilmədi – “Fənər” geri çəkildi
İstanbulun “Fənərbaxça” klubu növbədənkənar ümumi yığıncaq keçirib və orada Türkiyə Superliqasından ayrılma məsələsinə baxılıb .
Aut.az xəbər verir ki, iclasda ən azı bu ilin yayına qədər turnirdə oynamağa davam etmək qərara alınıb.
“Fənərbağça” prezidenti Ali Koç deyib: “Bütün müzakirələrimizdə ən az arzu olunan və son variant hesab edilən həll liqadan çəkilmək oldu. 3 aydan sonra baş tutacaq Baş Assambleyanın iclasına qədər çempionatdan geri çəkilmək məsələsini qapadırıq.
Biz hazırda futbol fəaliyyətini dayandırmaq imkanını heç düşünmürük. Çünki buna hazırlaşmalıyıq. Necə hazırlamalıyıq? Bu, xaricdə strukturun olması deməkdir”.
Aut.az
