Türkiyə

“Fənərbağça” fikrini dəyişdi: Onun transfer vərəqini göndərmirlər

“Fənərbağça”nın müdafiəçisi Aleksander Cikunun “Spartak”a transferi baş tutmaya bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Sercan Hamzaoğlu məlumat verib.

Mənbənin sözlərinə görə, İstanbul klubu 31 yaşlı futbolçunun keçidi üçün Rusiya klubuna sənədləri göndərmir. Halbuki oyunçu artıq müqavilə imzalamağa hazırdır və tibbi müayinədən keçib. Hazırda Türkiyə klubu futbolçunu heyətdə saxlamaq variantını nəzərdən keçirir.

Moskva klubu müdafiəçi üçün 5 milyon avro ödəməyə hazırdır.

2024/25 mövsümündə Ciku “Fənərbağça”nın heyətində 38 matça çıxıb və 1 qol vurub. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir.

Ciku əvvəllər Fransanın “Bastia”, “Kan” və “Strasburq” klublarında da çıxış edib. “Transfermarkt” futbolçunun dəyərini 6,5 milyon avro olaraq qiymətləndirir.

Aut.az