“Beşiktaş” braziliyalını transfer bazarının hədəfləri siyahısına saldı
Türkiyənin “Beşiktaş” klubu “Dinamo Moskva”nın yarımmüdafiəçisi Bitello ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Kartal Record”un jurnalisti Ersin Albayrak sosial media hesabında məlumat verib. Mənbənin məlumatına görə, İstanbul klubu braziliyalı futbolçunu transfer bazarının hədəfləri siyahısına əlavə edib.
Daha əvvəl Bitellonun yay transfer pəncərəsi zamanı vətəninə qayıda biləcəyi bildirilirdi. 26 yaşlı hücumçu ilə maraqlanan Braziliyanın “Qremio” və “Palmeyras” klubları idi.
Bitello 2023-cü ilin sentyabr ayından bəri Rusiya Premyer Liqasında oynayır. Ötən mövsüm yarımmüdafiəçi bütün yarışlarda 37 oyunda 6 qol vurub və 11 məhsuldar ötürmə edib.
Aut.az
