Dünya futbolu

Səudiyyəyə öyrəşə bilmir, qayıtmaq istəyir

“Liverpul”un keçmiş yarımmüdafiəçisi, hazırda “Əl-İttifaq”da çıxış edən Cordan Henderson Səudiyyə klubunu tərk edib İngiltərə çempionatına qayıtmaq istəyir.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Mənbənin məlumatına görə, 33 yaşlı ingilis Səudiyyə Ərəbistanına tam uyğunlaşa bilməyib və “Əl-İttifaq”ın yanvarda alacağı təklifləri nəzərdən keçirməyə hazırdır.

Qeyd olunur ki, “Əl-İttifaq”dan vaxtından əvvəl ayrılacağı təqdirdə Henderson kluba 7 milyon funt-sterlinq ödəməli olacaq, çünki onun həftəlik 700 min funt-sterlinq maaşından yalnız ingilis futbolçu iki ilini başa vurduğu təqdirdə vergi tutulmayacaq.

Bununla belə, mənbə qeyd edir ki, yarımmüdafiəçi İngiltərəyə tez qayıtmaq üçün belə tədbirlər görməyə hazırdır. Stiven Cerradın baş məşqçisi olduğu “Əl-İttifaq” Səudiyyə Ərəbistanı Pro Liqasında səkkiz görüşdür məğlub olmur və hazırda turnir cədvəlində 8-ci yerdədir.

Henderson Səudiyyə Ərəbistanı çempionatı və kubokunda 19 matçda 5 məhsuldar ötürmə edib.

Aut.az