Dünya futbolu

Kroos Ronaldonu müdafiə etdi: Gedin növbəti DÇ-ni qazanın

Almaniya millisinin heyətində 2014-cü il Dünya Kubokunun qalibi Toni Kroos Kriştiano Ronaldonun gedişindən sonra Portuqaliya millisinin gələcəyi barədə danışıb.

Aut.az xəbər verir ki, Kroos “Einfach mal Luppen” podkastında bildirib/:

“Əvvəla, Portuqaliyanı təbrik edirəm. Əgər məqsəd Kriştiano Ronaldo olmadan irəliləmək idisə, buna nail olmusunuz. İllərdir insanlar Portuqaliyanın çətinlik çəkməsinin səbəbinin Kriştiano olduğunu deyirlər. Digərləri isə komandanın onsuz daha yaxşı olacağını və ya onunla oynamaqla onsuz oynamaq arasında heç bir fərq olmadığını iddia edirlər. Yaxşı, indi bunu sübut etməlidirlər.

Bundan sonra komanda Kriştianonun gedişindən sonra qazandıqları uğurlara görə qiymətləndiriləcək. Əgər onlar həqiqətən də onun onları geridə qoyduğuna inanırdılarsa, indi növbəti Avropa Çempionatını qazanmalı və sonrakı Dünya Kuboklarında qələbə uğrunda ciddi mübarizə aparmalıdırlar. Futbolun qanunları belədir: sözlər nəticələrlə dəstəklənməlidir. Hamımız bilirik ki, Ronaldo Portuqaliya futbolunun mentalitetini dəyişdirməkdə və ölkə tarixindəki ən əhəmiyyətli kubokları qazanmasında böyük rol oynayıb.

Artıq Kriştiano ilə bağlı mübahisələr geridə qalıb. Bütün diqqət hazırkı nəsil oyunçulara yönəlib. Onlar sözlərinə görə deyil, qazandıqları kuboklara görə qiymətləndiriləcəklər. Futbol bəhanələri deyil, titulları xatırlayır”.

Aut.az