“Sabah” TNS-ə qalib gəldi – YENİLƏNİB
UEFA Çempionlar Liqasında yeni tsikl start götürüb.
Aut.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu qitə turnirində təmsil edən “Sabah” bu gün debüt matçına çıxıb.
Tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edən “bayquşlar” birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Uelsin TNS komandası ilə qarşılaşıb. Masazırdakı “Bank Respublika Arena”da təşkil olunan qarşılaşma təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması iyulun 14-də Uelsin Ozuestri şəhərindəki “Park Hall” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
UEFA Çempionlar Liqası
I Təsnifat mərhələsi, ilk oyun
7 iyul
20:00 Sabah – TNS (Uels) 2:0
Qollar: Velko Simiç, 66. Kaheem Parris, 83.
Baş hakim: Patrik Qriskieviç(Polşa)
“Bank Respublika Arena”
“Sabah”: Pokatilov (k), Solve, Daşdəmirov, Zedadka, Puhaç, Rəhmonəliyev, Lepinitsa, İsayev, V. Simiç, Mikels, Maluda
Ehtiyat oyunçular: Ramazanov, Mirzəmmədov, McCarthy, Xaybulayev, Perris, Rüstəmli, Mutəllimov, Laşaab, Almeida Santos Junior, Severina, Rodriqu Fernandes, Mbina.
Baş məşqçi: Valdas Dambrauskas
TNS: Şepperd, Redmond (k), Bodenem, Simeu, D. Uilyams, Farrell, Korness, Smit, Klark, C. Uilyams, Hyuz.
Ehtiyat oyunçular: Edvards, Godwin, Brobbel, Qodsmark-Ford, D. Devis, Nolan, Nədin, Fillips, Kənavan, Vullem, Lok.
Baş məşqçi: Kreyq Harrison
