Argentina 1/4 finalda
Futbol üzrə dünya çempionatında Argentina Misir üzərində əzmkar qələbə qazanıb.
Aut.az xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.
Görüşdə ilk iki qol Misir komandasından gəlib. Yasser İbrahim (15) və Mustafa Ziko (67) Afrika təmsilçisinin qollarını vurublar. Bununla belə, özündə güc toplayan Argentina seçməsi ard-arda 3 dəfə rəqib qapısına yol tapmaqla qalib gəlməyi bacarıb.
Argentinanın heyətində Kristian Romero (79), Lionel Messi (83) və Enzo Fernandes (90+3) diqqət mərkəzinə düşüblər.
Qarşılaşmanın 21-ci dəqiqəsində Argentinanın kapitanı Lionel Messi penalti zərbəsindən yararlana bilməyib.
