Braziliya – Haiti oyununun ən yaxşı futbolçusu bəlli oldu
Futbol üzrə dünya çempionatında Braziliya və Haiti yığmaları arasında keçirilən C qrupunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Aut.az xəbər verir ki, “sambaçılar”ın heyətində Vinisius oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, vinger görüşdə komandasının üçüncü (3:0) qolunu vurub və ikinci qolun ötürməsini edib.
