Qoy sehr başlasın: Əfsanə karyerasını bərpa etdi
Əfsanəvi braziliyalı yarımmüdafiəçi Ronaldinyo İtaliyanın C Seriyası “Ravenna” ilə müqavilə imzaladıqdan sonra peşəkar futbola qayıdacağını təsdiqləyib.
Aut.az xəbər verir ki, “Sky Sports Italy” oyunçunun sözlərini sitat gətirib:
“”Yeni rənglər, eyni təbəssüm. Topla rəqs etməyi və İqnasio Çipriani və ailəsi ilə yeni, gözəl bir hekayə yazmağı səbirsizliklə gözləyirəm.
Futbol mənim üçün həmişə sevinc olub və bu ruhu “Ravenna”ya gətirmək üçün həyəcanlıyam. Qoy sehr başlasın!.
Xatırladaq ki, braziliyalı futbolçu rəsmi olaraq 2018-ci ilin yanvar ayında karyerasını bitirdiyini elan etmişdi. Lakin Ronaldinyonun son rəsmi oyunu 2015-ci ildə olmuşdu.
Aut.az
