Dünya futbolu

Qvardiola etiraf etdi: Milli komandanı çalışdırmaq istəyir

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola milli komandaya rəhbərlik etmək istədiyini etiraf edib.

Aut.az xəbər verir ki, “Reuters” 54 yaşlı ispaniyalının sözlərini sitat gətirib.

Qvardiola 18 illik məşqçilik karyerasında heç vaxt milli komanda səviyyəsində işləməyib.

“Dünya, Avropa çempionatında, Amerika Kubokuna getmək istərdim. Həmişə bu barədə düşünmüşəm. Amma bu, çox şeydən asılıdır. Əgər bu baş versə, hər şey yaxşı olacaq. Bu baş verməsə də, hər şey də yaxşı olacaq”, – Qvardiola deyib.

Xatırladaq ki, Xosep Qvardiolanın “Mançester Siti” ilə 2026-cı ilin yayına kimi qüvvədə olan müqaviləsi var. Tərəflər müqaviləni ötən ilin noyabrında uzadıblar.

Aut.az