Homofobiya ilə mübarizə aksiyasına dəstək verməyən futbolçulara bu cəza verildi
Fransada homofobiya ilə mübarizə aksiyasına dəstək verməyən oyunçular diskvalifikasiya edilib.
Xatırladaq ki, Liqa 1-in 34-cü turunun bütün oyunları homofobiya ilə mübarizə şüarı altında keçirilib – Fransa Peşəkar Futbol Liqasının (LFP) təşkil etdiyi aksiya çərçivəsində bütün komandalar liqanın göy qurşağı rənglərində olan loqosu və üzərində qırmızı rəngdə “homofobiya” sözü yazılmış formalarda çıxış ediblər.
Aut.az xəbər verir ki, “Lion”un yarımmüdafiəçisi Nemanya Matiç və “Havr”ın hücumçusu Koka əvəzetmədən meydana daxil olarkən bu formanı geyinməyiblər.
Hər iki futbolçu nizam-intizam komitəsinin dinləmələrində iştirak edib. Onlara 4 oyunluq cəza verilib. Oyunçular həmçinin növbəti altı ay ərzində “homofobiya ilə bağlı maarifləndirmə fəaliyyətlərində” iştirak etməyə razılaşıblar.
Aut.az
