“İnter Mayami”də vəziyyət gərgindir: Messi MLS-in startını buraxacaq?
“İnter Mayami”nin bir neçə oyunçusu “Sportinq Kanzas Siti” ilə son dərəcə soyuq hava şəraitində keçən oyundan sonra komandanın MLS-in müntəzəm mövsümünün “Nyu York Siti”yə qarşı açılış matçını buraxa bilər.
Aut.az xəbər verir ki, bu barədə Florida klubunun baş məşqçisi Xavyer Maskerano məlumat verib.
“İlk növbədə, çərşənbə günü baş tutacaq matçdan sonra toparlanırıq. Hər kəs sabah oynaya bilməyəcək. Mən sizə dəqiq kim olduğunu deməyəcəyəm və sizə heç bir ipucu verməyəcəyəm. Futbolçuların əksəriyyəti hazırdır. Kanzasdakı matçdan iki gündən az vaxt keçib. Bizim oynadığımız şəraiti hamı gördü. Bu, bizi oyunçuların bərpasına daha çox vaxt ayırmağa məcbur edir. Bu, hamı üçün görünməmiş bir vəziyyətdir”, – deyə argentinalı mütəxəssis bildirib.
Fevralın 20-nə keçən gecə “İnter Mayami” KONKAKAF Çempionlar Kubokunun birinci mərhələsinin oyununda səfərdə “Sportinq Kanzas Siti”ni məğlub edib – 1:0. Yeganə qolu Lionel Messi vurub. Oyun mənfi 16 dərəcə istidə baş tutub.
Qeyd edək ki, “İnter Mayami” – “Nyu-York Siti” matçı fevralın 23-nə keçən gecə, Bakı vaxtı ilə saat 04:30-da baş tutacaq.
Aut.az
