Almaniya

Mahir Emreli oynadı?

Azərbaycan yığmasının futbolçusu Mahir Emreli növbəti dəfə “Nürnberq”in heyətindən kənarda qalıb.

Aut.az xəbər verir ki, onun adı Almaniya 2-ci Bundesliqasının 23-cü turunda “Herta” ilə görüşün sifariş ərizəsinə salınmayıb.

Berlində keçirilən qarşılaşmada qapılara qol vurulmayıb. Ardıcıl 3 oyunluq qələbə seriyası qırılan “Nürnberq” bu heç-heçə sayəsində xallarının sayını 35-ə yüksəldib.

Hazırda “Nürnberq” turnir cədvəlinin 8-ci pilləsində mövqe tutub.

Qeyd edək ki, Cənubi Koreyadan transfer təklifi alan Mahirin adı ötən turda da sifariş ərizəsinə daxil edilməmişdi.