Dünya cempionatı

DÇ-2026: Braziliya ilk qələbəsini qazandı

Futbol üzrə dünya çempionatında Braziliya Haiti yığmasına qalib gəlib.

Aut.az xəbər verir ki,  Filadelfiya stadionunda keçirilən C qrupunun II turunun matçında “sambaçılar” 3:0 hesablı qələbəyə seviniblər.

Braziliyanın qollarını Mateus Kunya (23, 36) və Vinisius (45+3) vurublar.

Qeyd edək ki, bu qrupun digər görüşündə Mərakeş Şotlandiyanı 1:0 hesabı ilə məğlub edib.