Dünya futbolu

Ukraynalılar “Real Sosyedad”ı erməninin transferinə görə ittiham etdilər – FOTO

Ukraynanın “Karpatı” klubu İspaniyanın “Real Sosyedad” klubunu qınayıb.

Aut.az xəbər verir ki, ukraynalılar ispanları Moskvanın “Dinamo”sundan erməni yarımmüdafiəçi Arsen Zaxaryanla müqavilə bağladığına görə ittiham edib. “Karpatı” “Twitter” səhifəsində yazıb:

“Mart 2022: “Hamımız Ukraynanın yanındayıq”

Avqust 2023: “Real Sosyedad” Rusiya “Dinamo”suna 10 milyondan çox pul ödəyir.

Rusiya rejimi 1 milyon avrodan çox vergi alır. “Real Sosyedad” terrorizmi və ukraynalıların ölümünü dəstəkləyir”.

Mətbuatın yazdığına görə, “Real Sosyedad” 20 yaşlı Zaxaryan üçün Moskva “Dinamo”suna 13 milyon avro ödəyib.

Ukraynalılar “Real Sosyedad”ı erməninin transferinə görə ittiham etdilər – FOTO

Aut.az