Voleybol

Azərbaycan millisi növbəti dəfə məğlub olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

Aut.az xəbər verir ki, Ataman Güneyligilin baş məşqçi olduğu komanda Türkiyə yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan kollektivinin 0:3 (13:25, 13:25, 13:25) hesablı məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, milli ilk matçında Çexiyaya 3:0 hesabı ilə qalib gəlib, ikinci görüşdə Almaniyaya uduzub 1:3.