Bekhem onun “Ferrari”də ilk qələbəsinə bu FOTO ilə reaksiya verdi
İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi və “İnter Mayami”nin həmtəsisçisi Devid Bekhem 41 yaşlı həmvətəni, yeddiqat Formula 1 çempionu Lyuis Hemiltonun “Ferrari” komandasının sükanı arxasında ilk Qran-pri qələbəsinə münasibət bildirib.
Aut.az xəbər verir ki, Bekhem Lyuisin uşaqlıq fotosunu paylaşaraq yazıb:
“Kim bir dəfə qalib gəldisə, daim qalib gələcək”.
Lyuis İtaliya komandasında ilk qələbəsini ötən həftə sonu Barselona-Katalunya Qran Prisində qazanıb. Britaniyalı pilotun sonuncu Qran Pri qələbəsi 2024-cü ildə Belçika trasında “Mercedes” ilə olmuşdu.
/i/c/z/1781620010260932991.jpg)
Aut.az
