Quliyev Spartakla münaqişədən danışdı: Vecimə də deyildi
“Ximki”nin yarımmüdafiəçisi Ayaz Quliyev komandanın sabiq baş məşqçisi Spartak Qoqnievlə münaqişəsini xatırlayıb.
Qeyd edək ki, bir müddət əvvəl internetdə mütəxəssisin Quliyev və Dmitri Tiximlə qəzəbli söhbətinin yazısı yayılmışdı.
“Gördüm ki, Qoqniyevlə münaqişəmizin səs yazısı şəbəkədə yayılıb. Amma baxmadım, heç vecimə də deyildi.
Bu qalmaqal mənə nə öyrətdi? Başa düşdüm ki, bir insan qəzəblidirsə, onu daha da alovlandırmağa ehtiyac yoxdur. Bu münaqişə komandaya təsir etməyib.
Bizim beynimizdə yalnız bir fikir var: indiki vəziyyətdən necə çıxmaq olar”, – Quliyev “Çhampionat”ın müxbiri Andrey Pankova müsahibəsində deyib.
26 yaşlı Quliyev cari mövsümdə 14 oyunda meydana çıxıb. “Ximki”nin əsas investoru azərbaycanlı iş adamı Tufan Sadıqovdur.
Aut.az
