Qol vura bilmədi, rəqibə qəzəbləndi: “Niyə oynamaq istəmirdiniz?”
“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 23-cü turunda “Əl-Feyha”nın (0:0) qapısını yol tapa bilməyib. Komanda çempionluq mübarizəsində önəmli xal itirib.
Bu da “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldonu qəzəbləndirib. Portuqal hücumçu qarşılaşmadan sonra rəqibin futbolçuları ilə mübahisə edib.
O, oyundan dərhal sonra “Əl-Feyha”nın yarımmüdafiəçisi Əli Əl-Zakana yaxınlaşaraq deyib: “Niyə oynamaq istəmirdiniz?”
Bu iraddan sonra Ronaldo meydanı tərk edib. Amma digər oyunçular arasında kiçik mübahisələr yaşanıb.
Səudiyyə Ərəbistanı çempionatında Ronaldo 10 oyunda 11 qol vurub.
Aut.az
