Daha bir milli komanda tarix yazdı: DÇ-2026-ya vəsiqə qazanmaqla
Cənubi Koreya və İordaniya milli komandaları 2026-cı ildə dünya çempionatına vəsiqə qazanıb.
Aut.az xəbər verir ki, hər iki komanda Asiya zonası üzrə seçmə mərhələsinin 9-cu turunda buna nail olub.
Koryalılar səfərdə İraqı 2:0 hesabı ilə məğlub edib. Qonaqların heyətində Kim Jin Gyu və O Hyeon Gyu fərqlənib.
Bu qələbə sayəsində Cənubi Koreya 19 xalla B qrupunda liderliyini bərpa edib və mundiala vəsiqəni vaxtından əvvəl təmin edib. Koreyalıların qələbəsi həm də İordaniyanın DÇ-2026-ya vəsiqəsini təmin etməsinə səbəb olub – İordaniya hazırda 16 xalla ikinci yerdədir, üçüncü pillədə qərarlaşan İraq isə onlardan 4 xal geridədir.
Aut.az
