Kasilyasdan Noyerə “bəy tərifi”
“Real”ın və İspaniya millisinin məşhur sabiq qapıçısı İker Kasilyas Almaniya millisinin qapıçısı Manuel Noyeri dünya futbol tarixinin ən güclülərindən biri adlandırıb.
Aut.az xəbər verir ki, o, AS nəşrinə açıqlamasında bu sözləri deyib:
“Noyer tarixin 10 ən yaxşı qapıçısından biridir. O, artıq öz səviyyəsini sübut edib və bunu davam etdirir”.
Aut.az
