Dünya futbolu

Fransa Messini boyuna görə ələ salmışdı: Atası Entsonu müdafiə etdi

Argentina millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Entso Fernandesin atası Raul Fernandes, fransız oyunçulara qarşı təhqiramiz mahnı oxuduqdan sonra irqçilikdə ittiham olunan oğlunu müdafiə edib.

Hadisə Argentina millisinin 2024-cü ildə Amerika Kubokunun finalında qazandığı qələbəni qeyd edərkən baş verib.

Aut.az xəbər verir ki, “TNT Sports” Raul Fernandesdən sitat gətirib.

“Mən oğlumun kim olduğunu bilirəm. O, belə deyil! O, irqçi deyil, heç vaxt olmayıb! Avropalı üçün belə mahnılar, şənliklər kimi futbol mədəniyyətimizi başa düşmək çətindir. Entso bu videonu yanlış zamanda lentə alıb.

2014-cü ildə Almaniya bizə qalib gələndə dedilər ki, cahilik. 2018-ci ildə Fransa Nessini boyuna görə ələ salmışdı. Bununla belə, biz heç vaxt ayrı-seçkiliyə məruz qaldığımızı bildirməmişik”, – ata Entso bildirib.

Aut.az