Dünya futbolu

Finaldan əvvəlki iğtişaşın günahkarı açıqlandı

CONMEBOL Amerika Kubokunun finalından – Argentina – Kolumbiya oyunundan (1:0) öncəsi iğtişaşlara görə məsul şəxslərin adını açıqlayıb.

Aut.az xəbər verir ki, Mayamidəki oyun “Hard Rock Stadiumun”un girişlərində bileti olmayan azarkeşlərin yaratdığı sıxışma səbəbindən 80 dəqiqəlik gecikmə ilə başlayıb. İzdiham nəticəsində ölənlər olub.

“Final zamanı biletsiz azarkeşlər stadiona daxil oldular ki, bu da biletli insanların normal girişini gecikdirdi, giriş yavaşladı və qapıların bağlanması ilə nəticələndi.

Bu vəziyyətdə, CONMEBOL təhlükəsizlik əməliyyatları üçün müəyyən edilmiş müqavilə öhdəliklərinə uyğun olaraq “Hard Rock” stadionunun rəhbərliyi tərəfindən qəbul edilən qərarlara tabe idi. CONMEBOL bu orqanlara bu miqyaslı hadisələr zamanı sınaqdan keçirilmiş, nəzərə alınmayan prosedurları tövsiyə etmişdi.

Təəssüf edirik ki, zorakılıq aktları gözəl idman bayramı ola biləcək finalı pozdu”, – CONMEBOL-un rəsmi bəyanatında deyilir.

Aut.az