Növbəti mövsüm ÇL-də 5 komanda ilə hansı ölkələr iştirak edəcək?
“Opta” statistika agentliyi 2024/25 mövsümündə yüksək liqaların Çempionlar Liqasına beş komanda ilə daxil olmaq şanslarını təqdim edib.
Xatırladaq ki, yeni mövsümdən Çempionlar Liqasının formatı dəyişəcək və turnirin əsas mərhələsində 32 deyil, 36 klub mübarizə aparacaq.
Aut.az xəbər verir ki, daha əvvəl açıqlanmışdı ki, 2023/24 Avropa mövsümünün sonunda iki ən yaxşı liqa klubların Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasındakı çıxışları nəzərə alınaraq bir əlavə bilet alacaq.
Hazırda bu əmsallar cədvəlinin lideri 7 klubundan 4-ü avrokuboklarda çıxışını davam etdirən İtaliyadır. “Opta”, İtaliyanın gələn mövsüm Çempionlar Liqasında beş komanda ilə daxil olmaq şansını 96,9% qiymətləndirir. İkinci yeri (8 klubdan 5-i və 70,6%) İngiltərə, sonrakı yerləri isə Almaniya (3/7, 29,1%) və Fransa (3/6, 3,5%) tutur.

Aut.az
