Ərəbistan klubundan dünya rekordu: Ginnesə düşəcək
“Əl-Hilal” Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Əl-İttihad”ı məğlub edib.
Aut.az xəbər verir ki, görüş 2:0 hesabı ilə başa çatıb. Qazanılan qələbə “Əl-Hilal”ın bütün turnirlərdə ardıcıl 28-ci qələbəsi olub. Bu, Ginnesin Rekordlar Kitabına düşəcək yeni dünya rekordudur.
Asiya Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanan “Əl-Hilal” “Əl-Nəsr”i sıradan çıxaran “Əl-Əyn” ilə qarşılaşacaq.
