Çempionlar Liqası

ÇL: 1/4 finalın son iki iştirakçısı məlum olacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Aut.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçiriləcək.

“Atletiko” ilk görüşdə məğlub olduğu “İnter”i qəbul edəcək. “Borussiya” (Dortmund) isə Eyndhovendə heç-heçə etdiyi PSV ilə doğma meydanda qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəl “Bayern”, PSJ, “Mançester Siti”, “Real”, “Arsenal” və “Barselona” 1/4 finala vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası: 1/8 final cavab oyunları
13 mart
00:00 Atletiko – İnter (ilk oyun – 0:1)
00:00 Borussiya D – PSV (ilk oyun – 1:1)