Türkiyə

“Trabzonspor” Moskva klubuna təklif göndərib, amma…

ÇSKA-nın yarımmüdafiəçisi Viktor Mendes karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

Aut.az xəbər verir ki, “Trabzonspor” futbolçunun transferi üçün Moskva klubuna təklif göndərib.

Türkiyə klubu bonus və sonrakı satışların faizi olaraq 4 milyon avro + 2 milyon avro təklif edir. Eyni zamanda “Trabzon” ödənişi bir neçə il ərzində tranşlara bölmək istəyir.

Bu şərt ÇSKA-nıqane etmir. Ona görə də yəqin ki, transfer baş tutmayacaq. Türkiyədə transfer pəncərəsi bu gün bağlandığı üçün klubların razılığa gəlməyə vaxtı çox azdır.

Aut.az