Azərbaycan futboluManşet

“Sabah”da islahat başlayır: Bu şəxsə strategiya hazırlamaq tapşırıldı

“Sabah”ın himayəçisi, İqtisadiyyat naziri Mikayıl Cabbarovun klubdakı idarəetmə sistemindən narazı olduğu barədə məlumat vermişdik.

Hətta Murad Musayev istefa verməzdən əvvəl Mikayıl Cabbarovla görüşmüş, ondan bütün məlumatları almışdı. O, Rusiyalı mütəxəssisə klubda kadr islahatının aparılacağını bildirmiş və qalmasını xahiş etmişdi.

Amma Musayev bu təklifdən imtina etmişdi.

Aut.az-ın əldə etdiyi məlumata görə, Mikayıl Cabbarov klub ətrafında gedən mənfi söz-söhbətlərdən bərk narahatdır. Ona görə də, kadr islahatı aparılmasının tərəfdarıdır.

Mənbəmizin verdiyi məlumata görə, Maqsud Adıgözəlov klubdan uzaqlaşdırılacaq. Onun yerinə isə peşəkar futbol mütəxəssisi gətiriləcək.

Mikayıl Cabbarova bir neçə belə mütəxəssis təqdim edilib.

Mənbənin məlumatına görə, onlardan biri də “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanovdur.

Mikayıl Cabbarova Tahir Süleymanovun dönəmindəki “Neftçi”nin nəticələri təqdim edilib.

Bu nəticələr naziri qane edib. Ancaq o, Tahir Süleymanovla şəxsən söhbət edərək onun “Sabah”ın inkişafını necə gördüyü barədə fikirləri ilə tanış olmaq istəyir.

Bildirilir ki, martın əvvəlində Mikayıl Cabbarov Tahir Süleymanovu qəbul edəcək və strategiyası ilə tanış olacaq. Artıq Tahir Süleymanova “Sabah”ın inkişaf strategiyasını hazırlamaq barədə göstəriş də verilib.

Aut.az