“Keynin zərbə texnikasının ən azı 5%-i məndə olsaydı, dünya çempionatında 30 qol vurardım”
“Bavariya”nın və Almaniya millisinin sabiq hücumçusu, dünya çempionatı tarixinin bombardiri Miroslav Kloze maraqlı açıqlMünhen klubunun hazırkı hücumçusu Harri Keyn barədə danışıb.
Aut.az xəbər verir ki, əfsanə ingilis forvardın çıxışına heyran olduğunu bildirib:
“Harrinin ən azı 20-25 qol vuracağını proqnozlaşdırırdım, amma bu, çox az oldu. Məni ən çox heyran edən onun vuruş texnikasıdır. Onun bacarığının ən azı 5%-i məndə olsaydı, yəqin ki, Dünya Çempionatında 30 qol vurardım (gülür) .
Hücumları bitirməyə gəlincə, o, çox dəqiq və texnikalıdır. Bunu tennis ilə müqayisə etmək olar. Tennisçi biləyi ilə nə edirsə, Keyn də ayağı və topuqları ilə edir. O, həmişə eyni vəziyyətdədir, lakin ayağının yellənməsi həmişə fərqlidir. Qapıçılar topun hara gedəcəyini təxmin edə bilmirlər. Bu heyrətamizdir”.
