Almaniya

Əfsanəvi futbolçu Almaniyada “dönər kralı” oldu

Məşhur alman futbolçu, “Qalatasaray”ın sabiq futbolçusu Lukas Podolskinin biznes sahəsindəki işləri də yağ kimi gedir.

Aut.az xəbər verir ki, ölkəsində dönər restoranı və dondurma şəbəkəsinin sahibi olan alman ulduz şirkətinin bazar dəyəri ilə diqqət çəkib. Almaniyada “Manqal Dönər” adlı dönər restoranları şəbəkəsinin və ‘Ice Cream United’ adlı dondurma markasının filiallarının sayını artıran Podolskinin bu uğuru İngiltərə mətbuatının gündəmini tutub.

“The Sun Newspaper” dünya şöhrətli futbolçunun əldə etdiyi sərvətin hazırda 180 milyon avrodan çox olduğunu yazıb. 38 yaşlı Podolski hazırda Polşanın “Ornik” komandasında çıxış edir.

Aut.az