Azərbaycan futbolu

Millinin sabiq futbolçusu “Turan”da

Azərbaycan millisinin sabiq futbolçusu Ramazan Abbasov minifutbola üz tutub.

Aut.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi “Turan” komandası ilə razılaşıb.

Abbasov futbolçu kimi  “Neftçi”, “Bakı” və “Rəvan” komandalarında forma geyinib. O, Azərbaycan yığmasında 14 oyuna çıxıb.