Digər

Bu döyüşə “Real”ın futbolçuları da baxmaq istəyir

İspaniyalı döyüşçü İlya Topuriya Konor Makqreqorla döyüşməyə qarşı deyil.

Aut.az xəbər veririk, İlya bu döyüşün Madriddəki “Santiago Bernabeu” stadionunda keçirilməsini istəyir.

“UFC ilə yeni müqavilədən məmnunam. Biz turnirin İspaniyada keçirilməsi məsələsini müzakirə etdik. Bu, 2024-cü ildə baş verməlidir. İlin sonuna doğru. Madriddəki “Santiago Bernabeu” stadionunda.

Konor Makqreqor mənim istədiyim döyüşdür. Avropadan iki oğlan. Bu, hətta “Real”ın oyunçularının da baxmaq istədiyi bütün qitə üçün möhtəşəm bir hadisə olardı”, – Topuria etiraf etdi.

35 yaşlı irlandiyalı son döyüşünü 2021-ci ilin yayında keçirib. O, Dastin Puaryeyə texniki nokautla məğlub olub. Topuriya növbəti döyüşünü fevralın 18-də Aleks Volkanovskiyə qarşı keçirəcək.

Aut.az