Dünya futboluAlmaniya

O, oyuna beyni ilə baxır, gözləri ilə yox – Anri kimi deyir?  

“Arsenal”ın və Fransa millisinin keçmiş hücumçusu Tyerri Anri “Bayern”in futbolçusu Maykl Olise haqda danışıb.

Aut.az xəbər verir ki, Anri onun oyununu yüksək qiymətləndirib.

Fransalı futbolçu Çempionlar Liqasının 1/4 finalında “Real Madrid” ə qarşı ilk oyunda Harri Keynə məhsuldar ötürmə verib.

“Maykl digər oyunçular kimi deyil. Mikrofon veriləndə utancaq ola bilər, amma onun müəyyən düşüncə tərzi, həyata və oyuna müəyyən baxış tərzi var.

Topu əldə edəndə, az adamın görə biləcəyi bir şeyi görür. O, oyuna fərqli baxır. Oyuna daha çox beyni ilə baxır. Oyuna gözləri ilə baxmır. Top qapıçının yanından keçəndə nə baş verə biləcəyini təsəvvür etməyə çalışır. Nə baş verəcəyini təxmin etməlisən.

O, topu idarə edə bilir, hamımız bunu bilirik. Amma o, oyunu, həyatı olduğu kimi, özünəməxsus şəkildə görür. Buna görə də insanlar bəzən onu meydandan kənarda başa düşmürlər. Amma o, yaxşı oğlandır, əla oğlandır. Meydandan kənarda çox danışmır, amma top əlində olanda oyunu ilə çox şey deyir”, – Anri deyib.

Aut.az