Lukaku Levandovskini ötdü
Belçika yığmasının hücumçusu Romelu Lukaku milli komandalar tarixinin ən məhsuldar bombardirləri sırasında ilk beşliyə yüksəlib.
Aut.az xəbər verir ki, İyunun 2-də Lukaku yoldaşlıq oyununda Xorvatiya millisinə qarşı keçirilən və 2:0 hesabı ilə başa çatan matçda fərqlənib. Bu qol onun Belçika milli-sinin heyətində vurduğu 90-cı qol olub.
Beləliklə, Lukaku hərəyə 89 qola sahib olan Robert Levandovski və Muxtar Daharini geridə qoyub.
Lukakudan yuxarı pillələrdə isə Kriştiano Ronaldo (143 qol), Lionel Messi (116 qol), Əli Dayi (108 qol) və Sunil Çhetri (95 qol) qərarlaşıblar.
Aut.az
