Dünya futbolu

“Qarabağ”ın sabiq futbolçusu vəfat etdi

“Qarabağ”ın sabiq futbolçusu Jaba Dvali vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. Keçmiş hücumçu 41 yaşında dünyasını dəyişib.

Dvali 2014-cü ildə icarə əsasında “Qarabağ”da çıxış edib və 5 oyunda forma geyinib.

O, karyerası ərzində Tbilisi “Dinamo”su, “Zestafoni”, “Daçiya” (Moldova), “Sioni” kimi klublarda oynayıb.